"Xalqlar dostluğu" stansiyasında olan qatarda problem yaranıb.

Bu barədə İqtisadiyyat.az-a "Bakı Metropoliteni"nin sözçüsü Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatar "Xalqlar dostluğu" stansiyasında ikən qapılardan biri ilə bağlı problem yaranıb.

"Operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib. Təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülməklə, qatarın xətdən çıxarılması qərara alınıb. Nəticədə 4 dəqiqəlik yubanma yaranıb", - o əlavə edib.

Gülşən Şərif