Səkkiz qat “Ballon D'or” sahibi Messi, ölkəsini Qətərdə keçirilən Dünya Kubokunun qalibi olaraq möhtəşəm kubok kolleksiyasını tamamladı. Messi turnirin oyunçusu kimi "Qızıl top" mükafatını aldı və yeddi mühüm qol vurmuşdu.

İqtisadiyyat.az xəbər verir ki, Messinin dünya futbolunun ən məşhur kubokunu qaldırmağa gedərkən geyindiyi altı forma indi hərraca çıxarılıb. Sotheby's Messinin Fransa ilə finalın birinci yarısında, Xorvatiya ilə yarımfinalda, Hollandiya ilə 1/4 finalda, Argentinanın Avstraliya ilə 1/8 final matçında və tanqoçuların qrup mərhələsi matçlarının ikisində geyindiyi formaları hərraca çıxarır. 

Yığılan vəsaitin bir hissəsinin xeyriyyə təşkilatlarına köçürüləcəyi və kolleksiyanın 10 milyon dollar qiymətinə satılacağı təqdirdə rekordun qırıla biləcəyi bildirilir. İdman xatirələri üçün hazırkı rekord 10 milyon dollarla 1998-ci ildə NBA Finallarının 1-ci oyununda Maykl Cordanın məşhur  "Çikaqo Bulls" formasıdır.

Qeyd edək ki, kolleksiyalar üçün təlkiflər 30 noyabr - 14 dekabr aralığında qəbul ediləcək.