Argentina millisinin ulduz futbolçusu Lionel Messi yayda Fransanın PSJ klubunu tərk etməyəcək.

İqtisadiyyat.az "Relovo" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin prezidenti Nasser el-Xelaifi 35 yaşlı hücumçunun atası ilə görüşüb.

Toplantıda təcrübəli oyunçunun klubda daha bir mövsüm keçirməsi ilə bağlı şifahi razılıq əldə olunub.

Bundan əlavə, Messiyə sabiq klubu İspaniya "Barselona"sından rəsmi təklif gəlmədiyi də bildirilib.

Messi Qətərdəki dünya çempionatının qalibi olduqdan sonra daha bir dəfə UEFA Çempionlar Liqasını qazanmaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatmalıdır.