Azərbaycan Fintex Assosiasiyasının üzvlərinin Mərkəzi Bankın sədri Taleh Kazımov ilə görüşü keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə bank olmayan maliyyə xidməti təchizatçılarının fəaliyyətlərində qarşılaşdıqları məsələlər, rəqabətə davamlı məhsul və xidmətlərin təqdim edilməsi baxımından mövcud gözləntiləri, qanunvericilik layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı Mərkəzi Bankın ödəniş xidmətləri bazarının inkişafı istiqamətində apardığı islahatlar müzakirəyə çıxarılıb.