Mərakeşin Kasablanka şəhərində yağış səbəbindən binanın uçması nəticəsində 3 nəfər ölüb.


İqtisadiyyat.az xəbər verir ki, Mərakeşin rəsmi agentliyi MAP-ın xəbərinə görə, Kasablanka şəhərinin Samara məhəlləsində 3 mərtəbəli binanın yan fasadının bir hissəsi çöküb.

Hadisə zamanı yaralanan iki nəfər aparıldıqları xəstəxanada dünyasını dəyişib, bir nəfərin cəsədi isə dağıntılar altından tapılıb.