Mərakeş ölkədə baş verən zəlzələdən sonra 5 il ərzində bərpa işləri üçün 120 milyard dirhəm (12 milyard dollar) ayıracaq.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, bu vəsait zəlzələdən zərər çəkmiş insanların məskunlaşdırılması, bu ərazilərdə infrastrukturun yenidən qurulması və yaxşılaşdırılması məqsədi ilə ayrılacaq. Bu büdcə zəlzələdən zərər çəkmiş 6 şəhərə üçün nəzərdə tutulub.

 

Gözəl Həşimova