Mərakeş xarici işlər naziri Nasser Burita Fransanın Mərakeş vətəndaşlarına yenidən giriş vizası vermək qərarını alqışladığını bildirib.


İqtisadiyyat.az xəbər verir ki, Mərakeş xarici işlər naziri Nasser Burita paytaxt Rabatda Mərakeşə səfər edən fransalı həmkarı Ketrin Kolonna ilə birgə mətbuat konfransı keçirib.

“İki ölkə arasında münasibətlərin yenilənməsinə ehtiyac var”. “Əlaqələrin necə inkişaf etdiriləcəyi və əməkdaşlıq mexanizmlərinin necə canlandırılacağı” mövzusuna diqqət ayırdıqlarını bildirən Burita, münasibətlərin üzləşdiyi çətinlikləri və onlarla necə məşğul olmağı müzakirə etdiklərini qeyd edib.

Burita Fransanın Mərakeş vətəndaşlarına yenidən giriş vizası vermə qərarını alqışladıqlarını bildirib.

Ölkəsinin mərakeşlilərə mütəmadi olaraq viza verilməsi üçün əməli tədbirlər görməyə qərar verdiyini və tədbirlərin qüvvədə olduğunu bildirən Kolonna, Fransa prezidenti Emmanuel Makronun gələn ilin ilk rübündə Mərakeşə səfər etməyi planlaşdırdığını bildirib.