Meksikada koronavirusdan ölənlərin sayı 45 361 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.

"İyulun 20-da virusa 408 449 yoluxma və 89 978 şübhəli hal təsdiqlənib", - deyə o "Twitter"-də yazıb.

Məlumata görə, ölkədə virusa yoluxmuş 267 147 pasiyent sağalıb. 

Nazir qeyd edib ki, ölkənin adi xəstəxanalarında çarpayıların 47 faizi xəstələrlə dolub.report