Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev gözlənilmədən Çinə səfər edib.

Medvedev sosial şəbəkədə paylaşdığı videoda səfər zamanı Çin prezidenti Si Cinpinlə görüşdüyünü açıqlayıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Medvedev Rusiya və Çin arasında strateji tərəfdaşlıq, iki ölkə arasında əməkdaşlıq və Ukrayna böhranı ilə bağlı müzakirələr aparıldığını bildirib.

Çinin Sinxua xəbər agentliyində səfərlə bağlı Vahid Rusiya Partiyasının sədri Medvedyevin Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Çinə səfər etdiyi qeyd edilib.

Mətbuata elan olunmamış səfər Rusiya və Çin donanmaları arasında Sakit okeanda “Dəniz əməkdaşlığı 2022” təliminin başlaması ilə eyni vaxta təsadüf edib.