"Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqaməti üzrə işlərini davam etdirir".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Mediasiaya İnstitutunun mübahisəli məkhəmə işlərinə mümkün təsirini dəyəeləndirən Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev deyib.

Onun sözlərinə görə, maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılması üçün qanunvericiliyə ciddi əməl edilməsinə və tənzimləyici tərəfindən hazırlanmış metodiki rəhbərliyə diqqət yetirilməsinə ehtiyac var:

"Əhali və biznes subyektləri üçün mübahisələrin məhkəmədən kənar qaydada həll edilməsi imkanlarını təqdim edən Mediasiya İnstitutunun təşkili önəmlidir. Sevindirici haldır ki, bu sahədə mübahisələrin həllinə Mediasiya vasitəsilə baxılması istiqamətində Mərkəzi Bank və Mediasiya Şurası arasında sıx əməkdaşlıq qurulub. Bu çərçivədə çoxsaylı görüşlər keçirilib və meditasiya təcrübəsinin artırılması istiqamətində fəaliyyətə dair müzakirələr aparılıb. Bundan başqa, Mərkəzi Bankın “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi” fəaliyyət göstərir.  Bu sistem əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarını asanlaşdırmaq və bu xidmətlərdən istifadəni stimullaşdırmaqla yanaşı, maliyyə xidmətləri bazarında rəqabətin gücləndirilməsi, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması, həmçinin şərtlərinin yaxşılaşdırılmasına da töhfə verir. Eyni zamanda vətəndaşların qəbulu ilə bağlı onlayn sistemlə yanaşı, ənənəvi qəbul metodu da tətbiq olunur".

Gülşən Şərif