"Rusiya Federasiyasında prezident seçkilərinə hazırlıq prosesi çox fəal və mütəşəkkildir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin baş katibi Sergey Lebedev bildirib.

"Prezidentliyə namizədlərin qeydə alınması prosesi davam edir. Seçkilərə hazırlıq sakit və mütəşəkkil şəkildə gedir”, - deyə o qeyd edib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu ilin martın 17-nə təyin edilib. Səsvermə martın 15, 16 və 17-də davam edəcək.

 

Gözəl Həşimova