Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Baş nazirləri bu gün Moskvada görüş keçirəcəklər.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, görüşdə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin də iştirak edəcək.

MDB ölkələrinin Baş nazirləri mədəni-humanitar əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər.

Nəticədə MDB hökumət başçılarının bu mövzu ilə bağlı bəyanatının qəbulu planlaşdırılır.

 

Gözəl Həşimova