Bring a Trailer” onlayn auksionunda vaxtilə əfsanəvi basketbolçu Maykl Cordana məxsus olmuş 1991-ci il istehsalı olan BMW 850i satılıb. Yeni sahibi maşın üçün 108,7 min dollar ödəyib.

İqtisadiyyat.az xəbər verir ki, avtomobil 1991-ci ildə istehsal edilib və Mayk Jordan tərəfindən İllinoys ştatında alınıb. Basketbolçu 1995-ci ildə maşını satıb. Avtomobil altı pilləli transmissiya ilə birləşdirilmiş 296 at gücü hasil edən 5 litrlik V12 mühərrikinə malikdir.

BMW-nin kuzovu Mauritius Blue Metallic rənginə boyanmışdır, eksteryerdə pop-up, duman əleyhinə işıqlar və elektrik lyuk var. Digər məlumata görə, 2017-ci ildə avtomobildə qazburaxma sistemi və mufta dəyişdirilib.

Əlavə edək ki, yanvarın 20-dən 28-dək Arizona ştatının Skottsdeyl şəhərində keçiriləcək “Barrett-Jackson” auksionunda ABŞ-nin keçmiş prezidenti Donald Trampa məxsus nadir Lamborghini Diablo VT Roadster, kinoaktyor eləcə də Arnold Şvartsneygerin Mercedes-Benz Unimog U1300 avtomobili satışa çıxarılacaq