Xəbər verdiyimiz kimi, mayın 13-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah" və "Beşiktaş" arasında xeyriyyə matçı keçiriləcək. Oyundan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkənlər üçün ayrılacaq.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əldə ediləcək gəlirin konkret hansı sahəyə yönəldiləcəyi məlum olub. Bildirilir ki, gəlir zəlzələ bölgəsində məktəb tikintisinə xərclənəcək.

"Beşiktaş" bundan öncə İstanbulda "Atletiko" Madridlə də xeyriyyə görüşü keçirib. Bu oyunun bilet satışı və reklamlarından 10 milyon türk lirəsi (872 min manat) gəlir götürüb. Bir məktəbin tikintisinin 9 milyon lirəyə başa gəldiyini yazan Türkiyənin sporx.com saytı matçdan əldə edilən gəlirin tam olaraq bu sahəyə ayrıldığını yazıb.

Sayt yazıb ki, "Sabah" - "Beşiktaş" oyunundan əldə edilən gəlir də məktəb tikintisinə üçün xərclənəcək.