İlon Mask İsrail və Qəzza zolağının bəzi bölgələrində Starlink peyk rabitəsindən istifadəyə icazə verdiyinə görə İsrail hakimiyyətinə təşəkkür edib.

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Biz həm İsrail xalqına, həm də lazımi səylə Qəzzanın dinc sakinlərinə kömək etməyə ümid edirik. İsraildən alınan razılığa görə minnətdarıq", - Mask qeyd edib.

Bundan əvvəl, milyarder "Bloomberg"ə bildirib ki, "Starlink" şirkəti HƏMAS hərəkatının qazanmasına imkan verməyəcək bir sıra tədbirlər görməyə razılaşdıqdan sonra İsrail və Qəzza zolağının bəzi ərazilərində fəaliyyət göstərmək üçün lisenziya alıb.