Sosial media platforması "X" (Twitter) bəzi xəbər mənbələrində və rəqabət aparan tətbiqlərdə dərc edilən linklərə klikləyərkən 5 saniyəlik gecikmə tətbiq edir.

Bu barədə İqtisadiyyat.az “Washington Post”a istinadən xəbər verir.

Məlumata görə, keçidləri yavaşlayan saytlar arasında "X" ilə rəqabət aparan şirkətlər və Maskın hədəf aldığı platformalar var. Bildirilib ki, "X" hələ ki, bu iddialara cavab verməyib.

 

Gözəl Həşimova