Bu gün İngiltərə Premyer Liqasında XXVIII turdan təxirə salınmış bir oyun keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan "Mançester Yunayted" səfərdə "Brayton"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb. Yeganə qolu 90+9-da Aleksis Mak Allister penaltidən vurub.

"Mançester Yunayted" 33 oyundan sonra 63 xalla 4-cü sıradadır. "Brayton" isə 32 oyuna 55 xal toplayıb və 6-cı pillədə qərarlaşıb.