"Mançester Yunayted"in futbolçusu Kazemiro klubu tərk edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır. Bu barədə jurnalist Aleks Kruk məlumat yayıb.

"Mançester Yunayted" rəhbərliyi 31 yaşlı futbolçunu yaxşı məbləğ qarşılığında satmağa hazırdır.

Kazemiro bu mövsüm 12 oyunda 4 qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.