"Mançester Siti" sosial media hesabında 3 kubokla tarixi uğur qazandığı və ardıcıl ikinci dəfə rekord gəlir və mənfəət elan etdiyi 2022-2023 mövsümünün maliyyə hesabatını dərc edib.

İqtisadiyyat.az xəbər verir ki, klub 712,8 milyon funt-sterlinq gəlir və 80,4 milyon funt-sterlinq mənfəət əldə etdiyini bildirib

"Mançester Siti"nin gəlir və mənfəət rekordları 1999-cu ildə "Mançester Yunayted"dən sonra eyni mövsümdə UEFA Çempionlar Liqası, İngiltərə Premyer Liqası və İngiltərə Kubokunu qazanan ikinci İngilis klubu olduqdan sonra qeydə alındı.