İngiltərə Premyer Liqası nəhəngi "Mançester Siti" "Lids"in 15 yaşlı futbolçusu Qormanı heyətinə qatmaq istəyir.

İqtisadiyyat.az "The Athletic"ə istinadən xəbər verir ki, "Mançester Siti" və "Lids Yunayted" 15 yaşlı futbolçu üçün Britaniya rekordu hesab edilən yeddi rəqəmli məbləğdə razılığa gəliblər. Müqavilə üzərində iş davam etsə də, Gormanın Etihada keçəcəyi gözlənilir.

Xəbərdə Qormanın Premyer Liqa çempionu ilə müqavilə imzalamağa yaxın olduğu bildirilsə də, "Lids" 15 yaşlı futbolçunun klubda qalacağına dair optimist olduqlarını da vurğulayır.