Avropa Parlamenti Belarus rəhbərliyini Ukraynadakı “Rusiya cinayətlərində” şərik kimi tanıyıb və xüsusi tribunal yaratmağa çağırıb.

İqtisadiyyat.az çağırış qətnaməsindən bir hissəni təqdim edir:

“Avropa Parlamenti hesab edir ki, Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzkar müharibəsinə qoşulmaqla Lukaşenko rejimi Rusiya Federasiyasının törətdiyi cinayətlərdə şərik olub, Ukraynanın dağıdılmasına və zərər vurulmasına görə məsuliyyət daşıyıcısına çevrilib". 

Qətnamənin tam mətni Avropa Parlamentinin saytında yerləşdirilib.

Bununla əlaqədar Avropa Parlamentinin deputatları hesab edirlər ki, xüsusi beynəlxalq tribunal təkcə Rusiya prezidenti Vladimir Putin və Rusiyanın siyasi-hərbi rəhbərliyini deyil, həmçinin Belarus rəhbərliyini araşdırmaq səlahiyyətinə malik olmalıdır.

Aİ-nin müvafiq qurumları Ukraynaya qarşı hərbi cinayətlərdə şərik olan Belarus rəsmilərinin cinayət mühakiməsini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır.

Avropa Parlamentinin sözügedən qətnaməsində xatırladılır ki, Belarus hakimiyyəti ukraynalı uşaqların Belarusa məcburi deportasiyasında iştirak edir, burada onlar ruslaşdırma və ideoloji təbliğata məruz qalırlar. 

Avropa Parlamenti uşaqların deportasiyasında Belarusun rolu ilə bağlı Ukrayna prokurorluğunun araşdırmasını dəstəkləyib.