Belarus Prezidenti Aleksandr Lukaşenko Bolqarıstan xalqını milli bayramı - Qurtuluş Günü münasibətilə təbrik edib, ölkələr arasında konstruktiv əməkdaşlığın bərpasına ümid etdiyini bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Əminəm ki, belarus və bolqar xalqları arasında mənəvi yaxınlıq, rəğbət və hörmət son nəticədə ölkələrimiz arasında, ilk növbədə, ticarət və humanitar sahədə konstruktiv əməkdaşlığın bərpasına kömək edəcək. Belarus tərəfi buna hazırdır", - təbrikdə deyilir.

Lukaşenko vurğulayıb ki, Minsk və Sofiya arasında münasibətlərin tarixi on ildən artıqdır ki, etimada əsaslanan ənənəvi dostluq və tərəfdaşlıq əlaqələri fonunda uzun illərdir uğurla möhkəmlənir və dövlətlərin çiçəklənməsinə töhfə verir.

Belarus lideri Bolqarıstan xalqına sülh və firavanlıq arzulayıb.