İngiltərə kubokunun 1/32 final mərhələsində "Arsenal" və "Liverpul" üz-üzə gəlib.

İqtisadiyyat.az xəbər verir ki, matç Mersisayd təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

"Arsenal" - "Liverpul" - 0:2

Qollar: Kiver, 80-avtoqol, Dias, 90+5

Bununla da, "Liverpul" İngiltərə kubokunun 1/16 finalına yüksəlib, "Arsenal" isə turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında"Liverpul" 45 xalla 1-ci, "Arsenal" 40 xalla 4-cüdür.