Litva parlamenti ölkədə yaşayan Rusiya və Belarus vətəndaşlarının silah və sursata malik olmasını qadağan edən qanuna düzəlişi təsdiqləyib.


İqtisadiyyat.az xəbər verir ki, Litva hökumətinin saytında yer alan xəbərə görə, Litva parlamenti silah və sursatlara nəzarət haqqında qanuna düzəlişi təsdiqlədikdən sonra 2023-cü il aprelin 1-dən Litvada yaşayan Rusiya və Belarus vətəndaşlarına silah və sursata sahib olmaq qadağan edilib. 


“Qanun Litva vətəndaşlığı olmayan Rusiya Federasiyası və Belarus Respublikası vətəndaşları üçün silah, onun döyüş sursatı və hissələrinin alınmasını və saxlanmasını qadağan edir”, - məqalədə deyilir.


112 deputat lehinə, 13 deputat bitərəf, 1 deputat isə əleyhinə səs verib.


Bildirilib ki, qanun qüvvəyə minməzdən əvvəl lisenziyalı silahlara sahib olan ruslar və belaruslar onları başqalarına satmalı olacaqlar. Əks halda, onların silah və sursatları 2023-cü il aprelin 1-dən sonra müsadirə olunacaq.


Litva Parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin məlumatına görə, hazırda Litvada 294 Rusiya və 46 Belarus vətəndaşı yaşayır və onların silah sahibi və ya gəzdirməsinə icazə verilir.