Litva hakimiyyəti ABŞ ilə silahlı qüvvələrinin tarixində ən böyük HIMARS çoxlu raket buraxılış sistemi (MLRS) alqı-satqı müqaviləsini imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə LRT milli radiosunda məlumat verilib. Müqaviləni Litvanın müdafiə naziri Arvydas Anusauskas və Pentaqonun rəhbəri Lloyd Ostin imzalayıb.

Hərbi müqavilənin şərtlərinə görə, Litva ABŞ-dan 495 milyon dollar dəyərində bir neçə növ qurğu və raketlər alacaq. Onlardan bəziləri ilə 300 kilometrə qədər məsafədəki hədəfləri vurmaq olacaq.