Lənkəranda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə Lənkəran–Boradigah yolunun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”da olan 4, “Mersedes”də olan 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkərən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.