"Ukraynanın bütün müttəfiq ölkələri öz kəşfiyyatçılarını bu ölkənin ərazisinə göndərir, burada başqa şeylərlə yanaşı, yeni silahların sınaqdan keçirilməsinə də kömək edirlər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti ukraynalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Ukraynada bütün müttəfiq dövlətlər var. Bunlar döyüş birləşmələri deyil, məsələn, orada bütün xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edir", - Ukraynadan olan diplomatik mənbə bildirib.

Nəşrin həmsöhbəti ölkəsində müttəfiqlərin hərbi mövcudluğunun gücləndirilməsinin dekabr ayından daha genişmiqyaslı olmasından məmnunluğunu ifadə edib: "Silahların tədarükü varsa, o zaman həmin texnikadan necə istifadə olunması ilə bağlı yerində məlumat verən insanlar olmalıdır. Ukrayna həm də yeni texnikanın sınaq meydançası kimi istifadə olunur. Orada pilotsuz təyyarələr sınaqdan keçirilir. Belə mütəxəssislər təbii ki, yerdədirlər".