Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Minskdə görüşən Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko iki ölkənin müstəqilliyinin möhkəmləndirilməsi kursunu təsdiqləyiblər.


İqtisadiyyat.az xəbər verir ki, Lavrov Putin-Lukaşenko görüşündən sonra açıqlamalar verib.


Hazırda baş verənlərin Qərbin Rusiyanı təcrid etmək və müstəqil hərəkət etməsinə mane olmaq istiqamətindəki ardıcıl xəttinin nəticəsi olduğuna diqqət çəkən Lavrov, bu ilin əsas nəticəsinin kimə etibar edilə, kimə etibar edilə bilməyəcəyinin aydın olması olduğunu vurğulayıb. .