Rusiya fəal şəkildə israillilərlə fələstinlilərin razılığa gəlməsinə kömək etmək istəyir və görür ki, birbaşa dialoqdan başqa yol yoxdur. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla ilə danışıqları zamanı deyib.

"Biz fəal şəkildə israillilərə və fələstinlilərə razılığa gəlməyə kömək etmək istəyirik. Onlar arasında birbaşa dialoqdan başqa heç bir yol görmürük", - rusiyalı nazir qeyd edib.