İstanbulda valyutadəyişmə məntəqəsinin kuryeri iş yerinə məxsus olan və paltosunda saxlayaraq daşıdığı 150 min avronu yola dağıdıb. Küləyin təsirindən paltosu açılan Ünal Coşqun adlı kuryer bir an içində pulların havada uçuşduğunu görüb. 

Öz zəhməti və digər vətəndaşların yardımı ilə yola səpələnən pulun bir hissəsini - 65 min avro miqdarında pulu toplamağı bacaran kuryer 85 min avronun yoxa çıxdığını bildirib. Pulların oğurlandığını sübut edə bilmək üçün də bu anları videoya çəkib. O, artıq pulun yoxa çıxan hissəsi ilə bağlı polisə müraciət edib.