Cənubi Koreya çempionatında 11-ci turun oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” səfərdə “Quanqyu” ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Daejeon” hazırda 18 xalla 4-cü pillədə qərarlaşıb.