Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo Türkiyəyə dəstək olub.

İqtisadiyyat.az  xəbər verir ki, bu barədə Türkiyə millisinin üzvü Merih Demiral məlumat verib.

"Mən indicə Kriştianu Ronaldo ilə danışdım. O, Türkiyədə baş verənlərdən çox üzüldüyünü bildirdi. Kolleksiyamdakı Ronaldonun imzalı formasını hərraca çıxarırıq. Hərracdan əldə edilən bütün vəsait zəlzələ zonasında istifadə olunacaq".