Krım körpüsündə təmir-bərpa işləri ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti beş saat ərzində tamamilə dayandırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyinin mətbuat xidməti xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, körpüdə nəqliyyatın hərəkətinin dayandırılması dekabrın 19-da günün ikinci yarısından etibarən qüvvədə olacaq.