Dekabrın 21-də təmir-bərpa işləri ilə əlaqədar Krım körpüsündə nəqliyyat vasitələrinin hərəkəti altı saatlıq dayandırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Krımın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda dekabrın 21-i texnoloji işlərlə əlaqədar Krım körpüsündə nəqliyyatın hərəkətinin dayandırılacağı açıqlanıb.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə baş vermiş partlayış nəticəsində körpüyə ciddi ziyan dəymişdi.