“Bugünkü koronavirusa yoluxma faktları Bakı, Gəncə şəhərləri, Yevlax, Abşeron, Kürdəmir, Ağcabədi, Tovuz və Şirvan rayonlarında aşkar edilib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, COVID-19-a yoluxanların əksəriyyəti Bakı şəhərindəndir:

“İkinci yerdə Gəncə şəhəri, daha sonra Yevlax rayonudur”.