Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, İtaliya "Fiorentina"sı azarkeşləri önündə "Bazel"ə məğlub olub.

İngiltərənin "Vest Hem" klubu isə bu raundda Niderland "Alkmaar"ı üzərində qələbə qazanıb.

UEFA Konfrans Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

11 may

Fiorentina (İtaliya) - Bazel (İsveçrə) - 1:2

Qollar: A.Kabral, 25 - A.Diuf, 71, Z.Amdouni, 90+2

Vest Hem (İngiltərə) - Alkmaar (Niderland) - 2:1

Qollar: S.Benrahma, 67, M.Antonio, 76 - T.Reynders, 42