"Bakıdan və İrəvandan qayıdanda mən hərtərəfli normallaşma istiqamətində növbəti addımları müzakirə etdim".

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "X"də yazıb.

"Azərbaycan və Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir. Bu addımların bu ayın sonunda Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdə möhkəmlənəcəyini gözləyirik", - Klaar qeyd edib.