Rusiya raketlərinin Kiyevdə enerji infrastrukturu obyektlərinə endirdiyi zərbələr nəticəsində metronun hərəkəti dayandırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko Telegram-da məlumat yayıb.

Məlumatda metro stansiyaların sığınacaq kimi istifadə olunduğu bildirilib:

“Bütün filiallarda metronun hərəkəti müvəqqəti olaraq dayandırılıb. Yeraltı stansiyalar sığınacaq kimi işləyir”.

Şəhər meri metronun fəaliyyətində hansı dəyişikliklərin olacağına daha sonra qərar veriləcəyini bildirib.