"Kiyevin bir neçə gün əvvəl Vaşinqtondan gizli şəkildə aldığı ATACMS taktiki raketləri kasetli döyüş başlığı ilə təchiz edilib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Associated Press"  öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ABŞ administrasiyasının Rusiya ilə gərginliyin mümkün artması ilə bağlı narahatlığı səbəbindən Kiyevə çatdırılan ATACMS-ların uçuş məsafəsi bir qədər qısa olsa da, onlar kaset döyüş başlığı ilə təchiz edilib.