İsrail Müdafiə Qüvvələrinin (IDF) daha iki əsgəri son 24 saat ərzində Qəzza zolağında gedən döyüşlərdə həlak olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, leytenant Cozef Avner Doran və çavuş mayor Şalev Zaltsman döyüşlər zamanı həlak olub. 

Bu itkilərlə İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan HƏMAS-a qarşı döyüşlər zamanı həlak olan israilli əsgərlərin sayı 121-ə çatıb.