Tehran Qırmızı dənizin Sudan sahillərində öz hərbi-dəniz bazasının yaradılması ilə bağlı danışıqlar aparsa da, bu, uğursuz alınıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şənbə günü "Wall Street Journal (WSJ)" Sudan kəşfiyyatının əməkdaşı Əhməd Həsən Məhəmmədə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İran bu yolla dəniz nəqliyyatına nəzarət etməyi ümid edirdi, həmçinin bazadan "kəşfiyyat məlumatları toplamaq" üçün istifadə etməyi və orada hərbi gəmilər yerləşdirməyi planlaşdırırdı. Razılıq müqabilində Tehran ölkənin çevik reaksiya bölmələri (xüsusi təyinatlılar) ilə silahlı qarşıdurmanı davam etdirən Sudan ordusuna helikopter daşıyıcısı tədarük edəcəyinə söz verib.

Nəşrin həmsöhbəti bildirib ki, Xartum İrandan imtina edib, çünki o, ABŞ və İsraillə münasibətləri çətinləşdirmək istəməyib. Qəzet iddia edir ki, Tehran üsyançı Husilər hərəkatını silahla təmin edir. İranın BMT-dəki daimi nümayəndəsi isə bundan əvvəl ABŞ-nin bununla bağlı ittihamlarını rədd etmişdi.