Husilər hərəkatının təhlükəsizlik xidmətləri Səna da daxil olmaqla terror aktları planlaşdıran İŞİD terrorçularını məhv edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Husilərə məxsus "Səba" xəbər agentliyi təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik xidmətləri Sənanın cənubunda yerləşən Beyda əyalətində əməliyyat keçirib. Qrup Yəmənin paytaxtı və bir neçə əyalətdə kamikadzelərin də iştirak etdiyi bir sıra terror aktları törətməyə hazırlıq görüb.

Bundan əlavə, agentliyin mənbəsi ABŞ və Böyük Britaniya kəşfiyyatını radikal elementləri Əl-Beyda əyalətinin rayonlarından birinə köçürməkdə günahlandırıb. Qeyd edilib ki, həmin qüvvələr burada yaşayış məntəqələrindən birinin sakinlərini öldürmək də daxil olmaqla, cinayət fəaliyyəti həyata keçiriblər.