"Almaz kəsmə və zərgərlik istehsalı ilə məşğul olan Hindistan şirkətləri rus almazları ilə işləməyə davam edir və bundan sonra da davam edəcəklər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-ın anonimlik şərti ilə müxbirinə Hindistanın Surat şəhərindən olan zərgərlik şirkətlərindən birinin yüksək vəzifəli əməkdaşı məlumat verib.

Mənbə bildirib: "Biz Rusiyanın kobud almazları ilə işi dayandırmamışıq. Sadəcə tətbiq edilən məhdudiyyətlərə görə alış həcmi azalıb".

Agentliyin həmsöhbətinin sözlərinə görə, Hindistanın əsas daş emalı mərkəzi Surat istehsal üçün lazım olan xammalı Afrikadan, Hindistanın özündən və Rusiya Federasiyasından alır. Kəsilmiş daşlar əsasən ABŞ, Çin (o cümlədən Honq-Konq), Körfəz ölkələri, Sinqapur və bəziləri Avropa İttifaqı müştərilərə göndərilir: "Biz inanırıq ki, hazır almazların mənşəyi heç də hər yerdə diqqətlə yoxlanılmayacaq".

O qeyd edib ki, Hindistanın almaz sənayesinin mərkəzi olan Suratda Rusiya almazları sanksiyalar tətbiq olunana qədər 30-35% təşkil edirdi.