Bir qrup hərbçi Çadın paytaxtı Ndjamenadakı prezident sarayına nəzarəti ələ keçirməyə cəhd edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qərargahı Romada yerləşən "Nova" agentliyi "Chad One" informasiya saytına istinadən məlumat yayıb.

Məlumata görə, paytaxtda hökumət qoşunları ilə müxalif Sərhədsiz Sosialist Partiyasının lideri Yaya Dilloya sadiq qüvvələr arasında şiddətli toqquşmalar gedir. 

Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.