"Kəpəz"in yeni baş məşqçisi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, bu post Adil Şükürova tapşırılıb. Gənc mütəxəssislə 2 illlik müqavilə bağlanılıb. Məşqçi bu gündən vəzifəsinin icrasına başlayıb. 

Adil Şükürov vaxtilə futbolçu kimi "Kəpəz"də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə "sarı-göylər"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.