Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutacaq.

Gəncədə “Kəpəz” “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

Günün digər matçı “Araz-Naxçıvan”la “Neftçi” arasında baş tutacaq.

Misli Premyer Liqası

6-cı tur

16 sentyabr

“Kəpəz” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov

Gəncə şəhər stadionu, 16:00

“Araz-Naxçıvan” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev

“Dalğa Arena”, 18:00