İki günlük istirahətin ardından “Kəpəz” dünəndən məşqlərə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, futbolçular məşqçilər korpusunun təlimatları əsasında gündə iki dəfə olmaqla hazırlıq keçirlər.

Milli komandaların seçmə oyunları səbəbindən çempionatda yaranan fasiləyə görə komanda yoxlama oyunu keçirəcək. Rəqib 1-ci Liqa təmsilçisi “Zaqatala” olacaq. Gəncə şəhər stadionunun ev sahibliyi edəcəyi görüş saat 17:00-da başlayacaq