"Kəpəz" futbol klubunun baş məşqçisi Azər Məmmədov və köməkçiləri komandadan ayrılıblar.

İqtisadiyyat.az-ın məlumatına görə, "Qarabağ" futbol klubuna 7-1 hesabı ilə uduzan "Kəpəz" futbol klubunun baş məşqçisi oyundan sonra istefa verəcəyini bildirmişdi.

Bu gün onun istefa ərizəsi qəbul olunub və köməkçiləri ilə birgə komandadan ayrılıblar.

Komandanı müvəqqəti olaraq klubun əvəzedici komandasının baş məşqçisi Xaliq Mərdanov çalışdıracaq.(report)