Biz  Avropa İttifaqı ilə hazırda müzakirələr aparırıq, arzu ediləndir ki, yeni layihələr həyata keçirilsin.

Bunu Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova jurnalistlərə açıqlamasında deyib.Bu əməkdaşlığın hansı kontekstdə olacağı ilə bağlı müzakirələr davam edir. İşğaldan azad edilmiş ərazilərdə bundan sonra məqsədimiz həmin ərazilərin inkişafında rol oynayan layihələr həyata keçirmək olduğu üçün bu bizim üçün prioritet hesab edilir. Təbii ki, digər əməkdaşlıq sahələri də gözdən keçirilə bilər.