Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Cahangirov Polad Yusif oğlu idarə etdiyi "Toyota-Prius" markalı avtomobillə qəsəbə istiqamətinə hərəkətdə olarkən "Kaspi" liseyinin qarşısında yolu keçən piyada 1995-ci il təvəllüdlü Məmmədov Sadiq Rizvan oğlunu ehtiyyatsızlıqdan vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.